Gürcüstanın baş naziri ilə İran prezidenti arasında telefon danışığı olub
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və İran İslam Respublikasının prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, söhbət Gürcüstan tərəfinin təşəbbüsü ilə baş tutub.
Danışıq zamanı tərəflər cari ticarət-iqtisadi əməkdaşlığı müzakirə ediblər, turizm sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidvar olduqlarını bildiriblər. Gürcüstan tərəfi İranla viza rejiminin ləğvi istiqamətində konkret addımlar atacağını qeyd edib.
Giorgi Kvirikaşvili ABŞ və Avropa İttifaqının sanksiyalarının aradan qaldırılması ilə bağlı Həsən Ruhaninı təbrik edib. Tərəflər həmçinin regiondakı hazırkı vəziyyəti müzakirə edərək, beynəlxalq təhlükəsizliyin inkişafının vacib olduğunu qeyd ediblər.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments