Kaxa Kaladze: “Tezliklə “Qazprom” ilə memorandum imzalayacağıq”

kaxa kalace

  Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsinə Azərbaycan da qoşulacaq. 

“Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlarımız davam edir və biz tezliklə bu şirkət ilə razılaşma memorandumunu imzalayacağıq”.

Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib. O, “Qazprom” ilə razılaşma memorandumunun imzalanma vaxtının hələ müəyyən olunmadığını, amma imzalanmanın tezliklə baş tutacağını bildirib.

K. Kaladze “Qazprom” şirkəti ilə Gürcüstan hakimiyyəti arasında heç bir problem olmadığını bildirib: “Bizim aramızda heç zaman problem olmayıb, amma müəyyən edilmiş memorandum var ki, biz hər il onu yeniləyir və imzalayırıq.”

K. Kaladze əlavə edib ki, 2016-cı ildə Gürcüstanda yeraltı qaz anbarının tikintisi layihəsinə başlanılacaq. Onun sözlərinə görə, qaz anbarını Gürcüstan öz maliyyəsi hesabına tikir və Azərbaycan da bu layihəyə qoşulacaq: “Azərbaycan tərəfinin də bu layihədə iştirak etməkdə marağı var. Layihənin maliyyəsi ilə bağlı bəzi məqamlara tezliklə aydınlıq gətiriləcək”, – deyə K. Kaladze vurğulayıb.

Gürcüstanın energetika naziri Bakıya işgüzar səfərindən razı qaldığını qeyd edib.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register