Vətəndaşlar üçün gürcü dili kursları açılır
Marneulidə fəaliyyət göstərən Zurab Jvaniya adına administrasiya məktəbində ötən ildən başlayan dövlət dili kursları bu ilin yanvar ayında başa çatıb. Fevral ayında kurslar yenidən başlayacaq. Bu kurslarda isə dəyişikliklər edilib. Kurslar əvvələr dövlət işində çalışan vətəndaşlar üçün nəzərdə tutulurdusa indi bütün vətəndaşlar kurslardan yararlana bilərlər. Kurslara qeydiyyatlar artıq başlayıb. Bu haqda Gürcü dili evinin koordinatoru Cəmilə Hüseynova məlumat verdi.
Qeyd edək ki, məktəbdə 11 müəllim çalışır.
Müəllif: Amil Mamedov
Amil Məmmədov2286 Posts
0 Comments