Marneuli Gənclər Mərkəzi idman aksiasına start verdi
“SAĞLAM GƏLƏCƏK ÜÇÜN”
Marneuli Gənclər Mərkəzi gənclərdə idmana marağın artırılması, sağlam həyat tərzinin və regionda idmanın inkişafı, bu sahədə mövcud olan problemlərin aşkarlanması və lazımi qurumların qoşulması məqsədi ilə xeyriyyə aksiyasına start verir.
Aksiya üçün könüllülərdən ibarət olan qrup yaradılacaq. Proqramda bir sıra nazirlik və səfirliklər, idman federasiyaları və beynəlxalq təşkilatlar iştirak edəcəklər. Eyni zamanda məşhur olan idmançılarla görüşlər, idmanın müxtəlif növləri üzrə yarış və çempionatlar keçiriləcək. Qaliblər mükafatlandırılacaq. Proqram çərçivəsində Marneuli Gənclər Mərkəzinin idman sahəsindəki fəaliyyətinin hesabatı da təqdim olunacaq. Xeyriyyə aksiyasına şirkət, təşkilat, tədris və dövlət müəssisələri nümayəndələri və həmçinin fiziki şəxslər də qoşula bilərlər. İstəyi olanlar aksiyaya idman ləvazimatları (top, voleybol üçün tor, şahmat, badminton və.s) və ya maddi baxımdan dəstək göstərə bilərlər. Toplanan ləvazimatlar Marneuli və ətraf kəndlərdə yaşayan məktəbli gənclərə paylanacaq. Bu gənclərin idmanla məşğul olmasına stimul olacaq. İdman ləvazimatlarını təqdim edən şirkət, təşkilat və ya fiziki şəxs hədiyyənin üzərində gənclər üçün istədiyi notu yerləşdirə bilərlər. Aksiyaya 10 fevral 2016-cı il tarixindən start verilir və 15 aprel tarixinə qədər davam edəcək. Toplanan ləvazimatlar və maddi dəstəyin elektron versiyası hazırlanacaq.
Siz də layihənin tərəfdaşı olaraq gənclərimizin daha sağlam olmasına dəstək ola bilərsiniz!
Köçürmə etmək istəyənlər üçün Lari hesabı
JSC VTB Bank (Georgia)
SWIFT: UGEBGE22
IBAN: GE53VT3900000000903608
Ünvan: Marneuli “Çay Evi”
Tel: 599-13-56-55
595-67-27-97
Şəlalə Əmircanova516 Posts
0 Comments