21 yaşlı qızın həyatını xilas etmək üçün ümum Gürcüstan birləşir

12671932_209786622708888_472181169056509748_o

14 fevral tarixində saat 18:00-da Gürcüstanın Milli Kitabxanasında, 21 yaşlı Tamta Todidzeyə dəstək olmaq üçün xeyriyyə aksiyası keçiriləcək. Tamtaya həkimlər leykemiyanın M3 mərhələsində olması diaqnozunu qoyublar. Bunun üçün təcili müalicəyə ehtiyacı var və Türkiyədə getməlidir. Müalicə üçün 300 000 $ dollar məbləğ lazımdır. Rəssamlar, musiqiçilər və yazarlar gənc qızın həyatını qorumaq üçün birləşirlər. Tədbirdə “Saba” mükafatı lauriyatı, gürcü şairi Qiorqi Kekelidzenin “Quruli dğiurebi” kitabı satışa çıxarılacaq və daxil olan məbləğ Tamtanın yaşaması uğrunda mübarizəyə sərf olunacaq. Tədbirə fotoqraf Laşa Macaraşvili də qoşulur. O, iştirakçıların qarşısına öz əl işləri ilə çıxacaq və satılan əl işlərindən toplanan məbləğlə Tamtaya kömək göstərəcək. Milli Kitabxanada baş tutacaq xeyriyyə tədbirinə gürcü musiqiçiləri öz kompozosiyaları ilə çıxış edəcəklər. Tamtanı xilas etmək üçün xüsusi bank hesabı da açılıb. İstəyi olan hər kəs öz maddi yardımını göstərə bilər.

Bank hesabı GE89TB7032545063600062 Qəbul edən : Tamta Todidze

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register