Sabah Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək

baki tblis qars

 Gürcüstan paytaxtında Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclası keçiriləcək.    Tədbirdə Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Türkiyənin nəqliyyat, dəniz işləri üzrə naziri Binəli İldırım iştirak edəcək.  İclasda hər üç nazirin məruzə ilə çıxış edəcəyi gözlənilir. Sonda  Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının rəhbərləri protokol imzalayacaqlar.

Qeyd edək ki, bu gün (BTQ) dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının işçi qrupunun növbəti iclası keçirilib. Tədbirdə BTQ-nin tikintisi və problemlər, həmçinin gələcək perspektivlər müzakirə olunub.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register