Gürcüstan höküməti kəndlərin inkşafına 50 milyon lari ayırdı
Gürcüstan höküməti, “kəndlərin inkşafı” proqramı üçün 2016-cı ilin proqramını təsdiqləyib. Proqramın icrası üçün 2016-cı ilin büdcəsindən 50 milyon lari ayrılıb.
Hər bir Bələdiyyə üçün ayrılacaq məbləğin miqdarı, əhalinin sayına uyğun olaraq Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi tərəfindən hesablanır.
Proqrama əsasən,1-dən 200 nəfərədək əhalisi olan kənd üçün 4 000 GEL nəzərdə tutulur, 201-dən 400 nəfər əhalisi olan kənd üçün- 5 000 GEL, 401-dən 1 000 nəfər əhalisi olan kəndə- 8 000 GEL, 1 000 nəfərdən çox sakini olan kəndlərə isə 12 000 GEL nəzərdə tutulur.
Hökümətin qətnaməsinə əsasən, qeyd olunan proqram əsasında ayrılan məbləğ, yerli infrastruktur obyektlərinin tikintisi,bərpa işləri, abadlıq işləri, ümumi istifadə üçün tikinti avadanlıqları və uzun müddətli isifadə üçün texnikanın alınmasına xərclənəcək.
Mənbə: ahlibeyt.ge
Amil Məmmədov2286 Posts
0 Comments