Gürcüstanda “Xocalı harayı” kitabı nəşr olunub

received_951876044850381

Yazıçı-jurnalist Nizami Məmmədzadənin “Xocalı harayı” kitabı nəşr olunub.    Gürcüstanda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində nəşr olunan kitab Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib.

Xocalı qurbanlarının xatirəsinə həsr olunan müxtəlif məzmunlu şeirlərlə yanaşı kitabda “Yurd həsrəti” hekayəsi və “Kədər dolu bir gün” miniatürü də yer alıb.

“Xocalı harayı” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Hacıxəlilovdur.

Qeyd edək ki, N. Məmmədzadə 1957-ci ildə Gürcüstanın Marneuli rayonunun Yuxarı Saral kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycanda Həsən bəy Zərdabi və Ali Media mükafatlarına layiq görülüb.

N. Məmmədzadə 2008-ci ildən APA-nın Gürcüstan üzrə xüsusi müxbiridir.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register