Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 16.2.2016-cı il.

1916-cı ilin 16 fevralında Birinci dünya müharibəsi gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum vilayətini işğal etmişdir

Darvin nəzəriyyəsinin müdafiəçilərindən və təkamülə bağlı yeni qaydaların qurucusu Alman zooloqu olan Ernst Hekkel  1893-cü ilin 16 fevralında anadan olub.

1923-ci ilin bu günü arxeoloq Hovard Karterin rəhbərlik etdiyi britaniyalı ekspedisiya Misir fironu Tutanxamonun daş sarkofaqını aşkar edib. Sarkofaq Hökmdarlar vadisindəki sərdabədə saxlanılsa da, içərisindəki qızıl-zinət əşyaları hazırda Qahirə muzeyində mühafizə olunur.

1956-ci ilin 16 fevralında Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.

1968-ci ilin 16 fevralinda 911 təcili yardım xidmətinə ilk telefon zəngi daxil olub. Xatırladaq ki, 911 xidməti ilk olaraq Alabama ştatının Heylvill şəhərində fəaliyyətə başlayıb. Daxil olan zəngə cavab verilən telefon isə hazırda Heylvill şəhər muzeyində saxlanılır.

Müəlliflər: Amil Mamedov

Şura Kabulova

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register