Gürcüstan və İran arasında viza rejimi ləğv edilib
Bu gündən Gürcüstan və İran arasında viza rejimi ləğv olunub.
Bu barədə İranın Gürcüstandakı səfirinin müavini Möhsün Kebryay bildirib. O deyib ki, fevralın 15-dən viza rejiminin ləğvi hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək: “Viza rejiminin ləğv edilməsi İran və Gürcüstan arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında sərbəst gediş-gəliş varsa, investisiyası olan insanlar azad şəkildə ölkəyə gələcək və investisiya yatıraraq ticarət fəaliyyətini sərbəst inkişaf etdirəcək. 2012-2013-cü illərdə ticarət dövriyyəsi 200 milyon idisə, hazırda bu 130 milyona da çatmır və əmtəə dövriyyəsini artırmaq üçün potensial var. Biz bu çatışmazlığı düzəldə bilərik”.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments