Nazir müavini: “Gürcüstan təklifləri dəyərləndirdikdən sonra qaz alışı ilə bağlı qərar verəcək”
“Gürcüstan qaz alışı ilə bağlı bütün tərəfdaşları, qonşuları ilə danışıqlar aparmalı və aldığı təklifləri dəyərləndirməlidir”. Bu barədə energetika nazirinin müavini İlya Eloşvili bildirib.
Gürcüstanın İrandan qaz almaq niyyətində olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən nazir müavini qeyd edib ki, Gürcüstan hökuməti aldığı təklifləri qiymətləndirəcək, bundan sonra qaz alışı ilə bağlı qərar verəcək. Bununla yanaşı, İ. Eloşvili bildirib ki, bu sahədə Azərbaycan Gürcüstanın strateji tərəfdaşı olaraq qalır: “Azərbaycan hətta Gürcüstanın çətin vaxtlarında belə bizi təbii qazla təmin edib, bizə yaxından köməklik göstərib. Azərbaycanla Gürcüstanı iri infrastruktur layihələr bağlayır. SOCAR Gürcüstana ən böyük həcmdə investisiya yatıran şirkətlərdəndir. Bununla yanaşı, SOCAR Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlərdən biridir”.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments