Sadaxlı kəndində Gürcüstanın Ədliyyə Nazirliyinin İctimai Mərkəzi açılıb

775114_1652130565049933_7328569138215227094_o

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan-Ermənistan sərhədində yerləşən Sadaxlı kəndində Gürcüstan Ədliyyə  Nazirliyinin nəzdində fəaliyyət göstərəcək İctimai Mərkəzin açılışı olub. Mərkəzin açılışı zamanı ədliyyə naziri Tea Tsulukiani Sadaxlı sakinləri qarşısında çıxışında bildirib ki, mərkəz Sadaxlı, Xuldərə, Burma, Təzəkənd Mollaoğlu kəndlərinin əhalisinə xidmət edəcək və əhalini narahat edən problemlər mərkəzdə həll olunacaq.

Nazir mərkəzdə çalışan 5 nəfər azərbaycanlı kadrlarla görüşərək söhbət edib. Tədbir çərçivəsində nazir, Kvemo Kartli bölgə qubernatorunun müavini və Marneuli rayin icra hakimiyyəti başçısı Merab Topçişvili mərkəzlə tanış olublar.

Sonra T. Tsulukiani mərkəzin açılışına gələn gənclər, müəllimlər və kənd sakinləri ilə görüşərək onların problemləri ilə tanış olub. Sadaxlı kənd orta məktəbinin müəllimləri kənd problemlərinin həlli ilə əlaqədar nazirə müraciət ediblər. Müəllimlər son illər Sadaxlıdan Ermənistan sərhədinə uzanan magistral yolda dəfələrlə erməni sürücülər tərəfindən ağır yol qəzası baş verdiyini bildirərək, həmin yola radar və tramplinlər qoyulmasını xahiş ediblər. Nazir və rayon icra hakimiyyəti başçısı problemin tezliklə həll olunacağını vurğulayıblar.

Mərkəzdə pasport,  torpaq qeydiyyatı ilə bağlı məsələlər həll ediləcək, orta məktəbi bitirən gənclər mərkəzdən attestat alacaq, təqaüdçülər öz problemləri ilə bağlı artıq Marneuliyə getməyəcəklər. Mərkəzdə əhali yüksək komfortla qəbul olunacaq və gənclərə kompüter dərsləri keçiriləcək.

Tədbirdə qeyd olunub ki, Sadaxlı kəndində 15 mindən artıq əhali yaşayır və ətraf kəndlərdə yaşayan əhalinin sayı da nəzərə alınsa, İctimai Mərkəz 30 min əhaliyə xidmət göstərəcək.

12715982_1652130548383268_5149435476050418211_o12719076_1652131135049876_3737288139281074008_o12719060_1652130948383228_1089611082650506897_o

Mənbə: apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register