İran Gürcüstanla təbii qaz üçün razılığa gəldi.

9dbf985b-66d4-436e-82a5-0b63c2ec503a

İranın neft naziri Bijan Namdar Zanqane ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze görüşüb.
İran və Gürcüstanın birgə əməkdaşlıq üçün atdıqları addım Azərbaycanın əleyhinə olub.  Tehran və Tbilisi arasında Gürcüstana 200 milyon kub metr qazın nəql olunmasına dair danışıqlar baş tutub.
Milli İran Neft Şirkətinin baş direktoru Əlirza Kameli bu barədə açıqlama verib. Kameli bildirib ki, qazın Gürcüstana nəqli Ermənistan üzərindən icra olunacaq.
Ötən gün Tehranda İranın neft naziri Bijan Namdar Zanqane ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze görüşüb.
“Gürcüstanın dövlət və özəl müəssisələri İran qazını almaqda maraqlıdırlar. Gürcüstana qazın mart ayının 21-indən nəql olunacağı gözlənilir.” – deyə Kaxa Kaladze bildirib.
“Gürcüstan Ermənistandan tranzit ölkə kimi istifadə etmək üçün İrəvandan icazə istəməlidir. Layihənin iqtisadi məqsədəuyğunluğu öz təsdiqini taparsa, biz ortamüddətli və uzunmüddətli müqavilələrdən danışa bilərik”. Kameli belə deyib.
Kamelinin sözlərinə görə, ilkin müqavilə 7 aylıq dövrü əhatə edir və bu sahədə gələcək əməkdaşlıq üçün baza təşkil edir.
İran qazının Gürcüstana nəqlini təşkil etmək üçün, eyni zamanda, Azərbaycan da hazır olduğunu bildirmişdi.

Mənbə:ANS PRESS

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register