Marneulidə fiziki imkanları məhdud olan şəxslər üçün reabilitasiya mərkəzi açıldı
19 fevral tarixində Marneulidə fiziki imkanları məhdud olan şəxslər üçün reabilitasiya mərkəzi açıldı.
Mərkəzin açılışında Marneuli Munisipolitetinin icra başçısı Merab Topçişvili, Sakrebulo sədri Nəbi Abdullayev və yerli özünüidarəetmənin digər nümayəndələri iştirak etdilər. Yeni açılmış mərkəzdə xüsusi ehtiyacı olan 18 yaşına çatmamış şəxslər, reabilitasiya üçün xidmətlərdən yararlana biləcəklər. Mərkəz Səhiyyə Nazirliyi tərəfindən maliyyələşir.
Qeyd edək ki, Kvemo-Kartlinin reabilitasiya mərkəzində fiziki imkanları məhdud olan şəxslər üçün uyğun mühit yaradılıb ki, üzvlər burada fərqli növ tibbi-reabilitasiya xidmətindən yararlansınlar.
Mənbə:marneuli.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments