Ponicalada 35 yaşlı qadının boğazını kəsdilər, 3 yaşlı körpə isə evdə yandırıldı
22 fevral tarixində Ponicalada dəhşətli qət hadisəsi baş verib. Hadisə gündüz saat 12:00 radələrində baş verib. Qonşuların sözlərinə görə onlar “yardım edin” deyə qışqırıq səsləri eşidərək həyətə çıxıblar. Binadakı evlərdən birindən tüstü çıxdığını görüblər. Onlar bildirirlər ki, 35 yaşlı qadının boğazını ksiblər 3 yaşlı uşaq isə yanıb. Hadisə zamanı onlar evdə tək olublar. Xatırladaq ki, qadının həyat yoldaşı və daha bir övladı var. Hadisə baş verən zaman qadının diər övladı məktəbdə olub. Qətl hadisəsinin qarət məqsədi ilə olduğu bildirilsə də polisin araşdırmasına əsasən evdən qızıl və pulun yerində olduğu bildirilib. Hal-hazırda qətl hadisəsinin səbəbləri polis tərəfindən araşdırılır.
Mənbə: Pirveli arxi
0 Comments