Xocalıya qətliamına həsr olunmuş konfrans

xocali_converted

   25 fevral tarixində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Xocalı qətliamına həsr olunmuş konfrans keçirildi.    Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildikdən sonra konfransı giriş sözü ilə açan M.F.Axundov ad. Ev Muzeyinin direktoru Leyla Əliyeva açdı. Xocalı hadisələri haqqında geniş məlumat verən Leyla xanım Əliyeva Muzey tərəfindən il ərzində Qarabağ həqiqətləri haqqında məlumat verildiyini bildirdi. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirinin birinci müavini Dursun Həsənov çıxış edərək Xocalıda baş verən hadisələri əsrin faciəsi adlandıraraq dünyada və Gürcüstanda Xocalı qətliamına hüquqi status verilməsi istiqamətində aparılan işlərdən danışdı. “Biz bu hadisələri yaxşı xatırlayırıq, bu bizim yeni tariximizdir, xalqımıza milli məsubiyyətinə görə soyqırım törədildi, bunu sübüt edən faktlar var, beynəlxalq təşkilatların qəbul edilmiş sənədləri mövcuddur, buna baxmayaraq dünya birliyi hələ də susur və Xocalıya hüquqi qiymət verməməkdədir”-deyə vurğuladı Dursun Həsənov.
AMM-Gənclər şöbəsinin rəhbəri və Gürcüstanda Xocalı ayı çərçivəsində həyata keçirilən tədbirlərin koordinatoru Nərgiz Əliyeva çıxış edərək gənclərə səsləndi, o bu hadisələri terror və genosid aktı kimi qiymətləndirərək dünyada bu həqiqətlərin yayılmasında əsas missiyanın gənclərin üzərinə düşdüyünü qeyd etdi. “Terrorla mübarizə aparan dünya birliyi nədən sə, bu hadisələrə göz yumur və susur, bizim xalq hər zaman terrora və işğalçılığa qarşı olubdur, məqsədimiz xalqımızın başına gətirilən bu qətliama hüquqi qiymətin verilməsi və mövcud olan beynəlxalq aktların qeyri şərtsiz yerinə yetirilməyidir. Sevindirici haldır ki, dünyada ədalətli ölkələr var hansılar ki, Xocalı hadisələrini qətliam kimi qəbul ediblər, bu işdə əsas təşəkkür Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya düşür, çünki onun təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası başlanılmışdır və dünyada yaşayan hər bir azərbaycanlı və terrora qarşı çıxan şəxslər bu kampaniyaya qoşularaq ədalət tələb edir, biz də həmçinin əlimizdən gələni etməyə çalışırıq”-dedi Nərgiz Əliyeva.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ataşesi Samirə Ağayeva çıxışında Gürcüstanda Xocalı ayı çərçivəsində aparılan çoxsaylı aksiya, tədbir və konfranslardan danışaraq gürcü cəmiyyətinin Xocalı həqiqətlərinin tanıdılması istiqamətində önəmli addımların atılmasının zəruriyyətindən danışdı.
Tədbirdə gürcü jurnalistləri, ziyalıları, azərbaycanlı gənclər, KİV nümayəndələri iştirak edərək Xocalı qətliamının dünyada tanıdılması, hüquqi qiymətin verilməsi haqqında müzakirələr apardılar. Tədbirin sonunda Xocalı qətliamından bəhz edən sənədli film nümayiş olundu, gürcü və ingilis dillərində bukletlər paylanıldı, foto sərgilər nümayiş olundu.

Mənbə: AMM mətbuat xidməti

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register