Gürcüstanda polisi təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb

heps

Gürcüstanda polisə tabe olmamaq və onları təhqir etməkdə təqsirləndirilən iki azərbaycanlı saxlanılıb.   Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Poniçala (Soğanlıq) kənd sakinləri – 1977-ci il təvəllüdlü Rita B. və 1968-ci il təvəllüdlü Vüqar Q. İsani-Samqori Polis İdarəsinin Poniçala (Soğanlıq) kəndindəki polis məntəqəsinə gedərək, orada polis əməkdaşlarını təhqir ediblər, polisin məntəqəni tərk etmələri barədə əmrinə tabe olmayıblar.

Saxlanılan şəxslər haqqında cinayət işi başlanıb.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register