Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir
Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-da Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak edəcək. Bu barədə Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirib.
“Ümid edirik ki, fevralın 29-da baş tutacaq görüşdə tərəflər gələcək əməkdaşlığın prinsipləri ilə bağlı razılıq əldə edəcəklər”, – deyə nazir müavini bildirib.
Nazir müavini deyib ki, Azərbaycanla Gürcüstan qaz nəqli ilə bağlı mövcud müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətində işləyir: “Söhbət həm qiymət siyasətindən, həm də texniki detallardan gedir”.
Onun sözlərinə görə, Gürcüstan tərəfi Rusiyanın “Qazprom” şirkəti ilə danışıqları nəticə əldə olunana qədər davam etdirəcək. Gürcüstan Rusiyanın Ermənistana nəql etdiyi qaza görə tranzit haqqının artırılmasını istəyir.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments