Marneulidə Xocalı soyqırımının anım tədbiri keçirildi
26 fevral tarixində Marneuli Ata Holding Mərkəzində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkikatçılığı ilə “26 fevral Xocalı Soyqırımı” anım mərasimi keçirildi. Anım mərasimi dünyasını dəyişənlərə hörmət göstəricisi olaraq bir dəqiqəlik sükütla başladı.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov, Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, Azər Suleymanov və Marneuli icra hakimiyyətinin həmkarları iştirak etdilər.
Tədbirdə eləcədə məktəb müəllimlər, direktorlar, şagirdlər və tələbələrdə iştirak edirdilər. Qeyd edək ki, adı çəkilən tədbir “Xocalı kompaniyası” çərçivəsində Bolnisi, Rustavi, Dmanisi,Tbilisi və s. şəhərlərdə baş tutdu.
Müəllif: Şəlalə Əmircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments