Baydar İctimai məktəbi Xocalını yad etti

12784667_571862142969343_1412700079_n

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi


Elə bu səbəblə Baydar kənd İctimai məktəbdə Xocalı harayı adlı tamaşa sərgiləndi tamaşanı təşkil edən məktəbin müdürəsi Sevil dəmirçiyeva radio marneuliyə danışdı
Tamaşada iştirak edən məktəb şagirdləridə oz təəsuratlarını radio marneuli ilə bölüşdü
Xatırladaki xocalı soyqrımı 26 fevralda Gürcüstanda Azərbaycanlıların Kompakt yaşadığı bölgələrdə dərin hüzünlə yad edilib

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register