Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 6.3.2016-cı il.

1899-ci ilin 6 martında Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib.
Alman mühəndis, benzin mühərrikin müəllifi Qotlieb Daymler 1900-ci ilin bu günü dunyasini dəyişib.
6 mart 1953-cü ildə Stalinin vəfatından sonra SSRİ-yə rəhbərlik Georgi Malenkova həvalə edilib.
Məhəmməd Əmin Rəsulzadə Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. O 1955-ci ilin 6 martında Ankarada dünyasını dəyişib.
Rusiya xarici işlər Nazirliyi 2008-ci ilin 6 martında Abxaziya ilə ticarətə dair qadağanı ləğv etmişdir.

Müəlliflər: Amil Mamedov

Şəlalə Əmircanova

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register