Gündəlik Bürclər-1.03.2016

2015
QOÇ – Bu gün sizə çoxsaylı fikir mübadiləsi aparmaq səmərə verəcək. Gələcək karyeranız məhz bundan asılıdır. Riskli işlərdənsə uzaq olun. Ailə-sevgi münasibətlərində inad etməyin.

BUĞA – Ulduzlar əsəblərinizin sakitləşməsindən fərəh duyur. Əgər təmkininizi beləcə tənzimləsəniz, heç bir qanqaraçılıq olmayacaq. Gün ərzində maraqlı görüş və maddi irəliləyiş də gözlənilir.

ƏKİZLƏR – Həddindən ziyadə düşərli təqvimdir. Təxminən saat 12-dən 17-yə qədər rastlaşdığınız hər bir hadisə ürəyinizcə olacaq. Təzə xəbər və ya təkliflər də ala bilərsiniz. Qətiyyətli olun.

XƏRÇƏNG – “Hirsli başda ağıl olmaz”lığını yəqin ki, bilirsiniz. Xüsusən də günün birinci yarısını sakit tərzdə başa vurmağa çalışmalısınız. Axşamsa ürəkaçan hadisələrin iştirakçısına çevriləcəksiniz.

ŞİR – Özünüzü gərginliyə atmayın. Səmərəsiz danışıqlarda, sıxıntılı görüşlərdə iştirak etməkdən çəkinin. Əgər maraqlı heç nə olmasa, yaxın adamlarınıza baş çəkib süfrə başında “dərdləşin”.
QIZ – Sevgidə mövcud olan soyuqluğu aradan qaldırın. İmkan verməyin ki, davranışlarınız dedi-qodu səviyyəsində formalaşsın. Təcrübəli adamlarla işbirliyi qurmaqdan çəkinməyin.

TƏRƏZİ – Ulduzlar müdafiənizdə durub. Bu səbəbdən də Tanrıya xoş gedən bütün işləriniz müsbət sonluqla başa çatacaq. Səmərəli təkliflər, xoş xəbərlər ovqatınızı xeyli yüksəldəcək.

ƏQRƏB – Gün ərzində bir neçə aktiv məqam yaşayacaqsınız. Hətta şəxsi büdcənizdə irəliləyişlər də mümkündür. Axşama yaxınsa sevindirici hadisələrin, xoş ovqatın şahidi olacaqsınız.

OXATAN – Kifayət qədər düşərli ərəfədir. Nəzərdə tutduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Amma kiməsə yalan vəd verməyin. Qonaq getmək sizə rahatlıq gətirə bilər.

OĞLAQ – Martın bu ilk yarpağı sizin üçün xüsusi əhəmiyyət kəsb edəcək. Ulduzların düzümü uzaq səfərə çıxmaq planlarınızı reallaşdırmağı tövsiyə edir. Qərarlarınızda məsuliyyətli olun.

SUTÖKƏN – Maraqlı hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, çoxdan bəri əlaqə saxlaya bilmədiyiniz adamlarla rastlaşasınız. Günün ikinci yarısında işlə bağlı riskə getmək olar.

BALIQLAR – Evdə oturmağa lüzum yoxdur. Çünki ailə üzvlərinizlə, eləcə də qonum-qonşularla mübahisə gözlənilir. Əsas diqqəti fəaliyyətə yönəldin ki, gözlənilən xoşagəlməzliklər baş verməsin.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register