Tiflisdə Azərbaycan rəssamının sərgisi açılıb

41353c6d1692ae765fc7dc72b7874274

Tiflisdə Azərbaycan və Gürcüstan mədəniyyət nazirliklərinin, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Muzeyinin dəstəyi ilə Dimitri Şevardnadze adına Milli Muzeydə Azərbaycan Rəssamlar İttifaqının sədri, görkəmli rəssam  Fərhad Xəlilovun rəsm əsərlərinin sərgisinin açılışı olub.

Sərginin açılışı zamanı Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Əliyevin  Fərhad Xəlilova Gürcüstanda sərgisinin açılması münasibəti ilə ünvanlandığı təbrik məktubunu oxuyub.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Rusiya Müasir İncəsənət Qalereyasının direktoru Leonid Bajanov, general Kamil Məmmədov,  Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani çıxış edərək rəssam F. Xəlilovun Tiflisdə sərgilənən müasir incəsənət əsərlərinin böyük əhəmiyyət kəsb etdiyini, bu əsərlərin Azərbaycan-Gürcüstan münasibətlərində yeni səhifə açdığını, həmçinin gürcü və azərbaycanlıların həmişə bir yerdə olduğunu, belə əsərlərin ölkələrin birliyinə xidmət etdiyini bildiriblər. Tədbirdə çıxışçılar həmçinin F. Xəlilovun rəsm əsərlərinin  zamanın çağırışlarına cavab verdiyi bildirilib.

Sərginin açılışında çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgiyə gələnlərin hər birinə təşəkkürünü bildirib: “Mən çox şadam ki, bu gün Tiflisdəyəm. Nəhayət, bu şəhərdə də mənim sərgim təşkil olunub. Bu mənim üçün şərəfdir. Mən sərgini təşkil edənlərə və açılışda iştirak edənlərə təşəkkürümü bildirirəm.”

Sonra sərgidə nümayiş olunan 40-dək rəsm əsərlərinə baxış keçirilib.  Tədbirdə Gürcüstanın görkəmli incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmiləri, beynəlxalq təşkilatlar, gürcü rəssamları, Gürcüstan parlamentinin deputatları, QHT rəhbərləri, jurnalistlər və Tiflis sakinləri iştirak ediblər.

Qeyd edək ki, Fərhad Xəlilovun London, Berlin, Moskva, Bakı, Paris, həmçinin  40 ölkənin müxtəlif  sərgi salonlarında müxtəlif janrlarda əsərləri sərgilənib. Onun əsərləri Azərbaycan, Ukrayna, Rusiya, Litva, Almaniya, Çin, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Polşa, Fransa və Meksika da saxlanılır.

Sərgi martın 22-dək davam edəcək.

Копия 12790066_947308115353165_1236158865_o41353c6d1692ae765fc7dc72b787427412789961_947308125353164_237489672_o12790104_947308218686488_701284215_o

Mənbə: apa.az

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register