Kaladze: “Azərbaycandan əlavə qaz alınması məsələsi faktiki olaraq həllini tapıb”

kaxa kalace

   “Azərbaycandan əlavə qaz həcmlərinin alınması məsələsi faktiki olaraq həllini tapıb”.

Bu barədə Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

“Bakıya səfərim çərçivəsində mən Azərbaycan prezidenti İlham Əliyevlə, o cümlədən SOCAR-ın rəhbəri ilə görüşdüm. Görüşlərdə “Şahdəniz” layihəsi müzakirə olundu. SOCAR prezidenti ilə görüşdə biz əlavə qaz həcmlərinin alınmasını müzakirə etdik. Bu, bizim daxili tələbatımız üçün olduqca mühüm məsələdir. Faktiki olaraq, əlavə qaz həcmlərinin alınması ilə bağlı razılıq əldə olunub”, – deyə K. Kaladze bildirib.

Baş nazirin müavini əlavə edib ki, Gürcüstan hökumətinin Rusiyanın “Qazprom” şirkəti ilə apardığı danışıqlar gələn həftə yekunlaşmalıdır.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register