Azad Tədqiqat İnstitutunun növbəti seminarı baş tutdu
1 Mart tarixində Azad Tədqiqat İnstitutunun (ATİ) Marneuli Mülki Məşğulluq Mərkəzində növbəti seminarı baş tutdu. B. Qasımov ilk öncə siyasətçilərin mülkiyyətə fəlsəfi baxışlarını açıqladı. Sonra antik çağda Platon və Aristotelin mülkiyyətə olan baxışlarını izah etdi.
Spiker Avropada mülkiyyət haqqının hansı kateqoriyaya ait olduğunu izah edərək, doğal və konvansiyonel (yəni anlaşmayla qəbul edilən) kateqoriyalardan söhbət açdı.
B. Qasımov daha sonra Fransa kralı 4-cü Filip və Papa arasında baş vermiş mülkiyyət davasına işarə etdi
Sonra spiker azadlığa işarə edərək, liberalizmdəki pozitif və neqatif azadlıqlardan danışdı.
Seminarın sonunda auditorianın suallarına cavab verildi.
marneulifm1106 Posts
0 Comments