Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 42% artıb

Cari ilin fevral ayında ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstana səfər edənlərin sayı 24% artıb.
Bu barədə baş nazirin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Dmitri Kumsişvili bildirib.
Onun sözlərinə görə, ötən ay ölkə ərazisində 24 saatdan artıq qalanların sayında da 19%-lik artım müşahidə olunur.
Baş nazirin müavini bildirib ki, fevral ayında Gürcüstana səfər edənlərin əksəriyyəti Azərbaycandan gəlib. Belə ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana gələnlərin sayı 41,9% artıb. İkinci və üçüncü yerləri Türkiyə və Ermənistan bölüşür.
Ümumilikdə, martın 1-ə Gürcüstana 683 min 561 nəfər gəlib ki, bunların 236 min 584 nəfəri turistdir.
Mənbə: az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments