SOCAR Gürcüstanda satdığı sosial və kommersiya qazının qiymətini aşağı salır
Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.
SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb. Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.
Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və “SOCAR Gas Export-İmport” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.
Sənədə əsasən, SOCAR Gürcüstana satdığı sosial qazın qiymətini aşağı salacaq. Bu, milli valyutanın məzənnəsinin dəyişməsindən əziyyət çəkən əhaliyə dəymiş ziyanın bir qismini kompensasiya etməyə imkan verəcək.
Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.
Mənbə:az.apa.az
Amil Məmmədov2286 Posts
0 Comments