Baş nazir: “Gürcüstanla Azərbaycanın strateji əməkdaşlığı möhkəmlənəcək”

gorus

 Gürcüstana səfəri çərçivəsində SOCAR prezidenti Rövnəq Abdullayev bu ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunub, ikitərəfli əməkdaşlığın perspektivlərindən söhbət açılıb.

G. Kvirikaşvili Azərbaycandan Gürcüstana nəql olunacaq qazın həcminin artırılmasına dair aparılan danışıqların müsbət nəticə verməsini yüksək qiymətləndirib: “Biz çox şadıq ki, danışıqlar uğurla başa çatıb. Belə nəticəyə gəldik ki, bizim strateji tərəfdaşlığımız davam edəcək və gələcəkdə daha da möhkəmlənəcək”.

Bundan başqa, səfər çərçivəsində SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Georgia Petroleum” MMC-nin xidmət mərkəzinin Tbilisidə, Vakedə yerləşən baş ofisinə gələn R. Abdullayev burada yaradılmış şəraitlə tanış olub. SOCAR prezidentinə məlumat verilib ki, hazırda Gürcüstan ərazisində MMC-nin 19 xidmət mərkəzi fəaliyyət göstərir, bunlardan 5-i Tbilisi şəhərində, 7-si şərqi, 7-si isə qərbi Gürcüstandadır. 2015-ci ildə xidmət mərkəzləri vasitəsilə 104 800 877 litr həcmində yanacağın pərakəndə satışı həyata keçirilib. Qeyd olunub ki, xidmət mərkəzlərinin müasir standartlara uyğun baş ofisi 2015-ci ildə istifadəyə verilib. Ötən il yanacağın satış səviyyəsinin artırılması məqsədi ilə “SOCAR Georgia Petroleum”un bütün sistemi, o cümlədən xidmət mərkəzləri şəbəkəsi üzrə struktur dəyişiklikləri aparılıb.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register