SOCAR Kvemo-Kartli bölgə rəhbərliyinə 10 ədəd “Belarus” markalı traktor təhvil verib

traktor

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında SOCAR-ın rəhbəri Rövnəq Abdullayev Gəncə Avtomobil zavodunun istehsalı olan  “Belarus” markalı 10 ədəd traktoru Kvemo Kartli bölgə rəhbərliyinə təhvil verib.

Ötən ilin noyabr ayında Azərbaycan  prezidentinin Gürcüstana səfəri zamanı Kvemo-Kartli bölgəsinin Marneuli rayon sakinləri qarşısında çıxışı zamanı bölgənin iqtisadiyyat infrastrukturunun inkişafına hərtərəfli mümkün yardım  və kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı fikirlər səsləndirib.

Bu gün Azərbaycan prezidentinin tapşırığına əsasən, SOCAR  tərəfindən alınmış 10 ədəd “Belarus” markalı traktor və 10 kotan Rustaviyə gətirilərək Kvemo-Kartli bölgə rəhbərliyinə təhvil verilib.

Təhvil prosesində SOCAR-ın rəhbəri Rövnəq Abdullayev və Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili və digər rəsmi şəxslər iştirak edib.

Bundan əvvəl SOCAR rəhbərliyi ilə bölgə qubernatoru arasında imzalanmış memarandumda qeyd olunub ki, hədiyyə olunan traktorlar kənd təsərrüfatı inkişaf etdirilməsi üçün sosial təyinatlı olacaq.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register