Tiflisdə “Qazprom” əleyhinə növbəti aksiya keçirilib

1

   Martın 6-da Gürcüstan paytaxtındakı baş nazirin dəftərxanası qarşısından başlayaraq Rustaveli küçəsi boyunca etiraz aksiyası keçirilib.

Minlərlə insan “Qazproma yox!” şüarları ilə aksiyaya qatılıb. Onlar Gürcüstanın strateji tərəfdarı olan Azərbaycana ehtiramlarını bildiriblər. Aksiya iştirakçıları qeyd ediblər ki, Azərbaycan Gürcüstanın mehriban qonşusu və sədaqətli tərəfdaşdır.

“Azad Zona” təşkilatının sədri, politoloq Gela Vasadze jurnalistlərə açıqlamasında aksiyanın “Vahid Gürcüstan Hərəkatı” partiyası tərəfindən təşkil olunduğunu bildirib: “İndiki hakimiyyət tərəfindən SOCAR-dan imtina cəhdi olub, lakin Gürcüstan cəmiyyəti, müxalifət Azərbaycanı bir strateji tərəfdaş kimi yaxşı tanıyır və həmişə bizə qonşu olan bu mehriban ölkəyə inanır.

Azərbaycan bizə qışın ortasında təbii qaz verdi və bizi qışın sərt soyuğundan qorudu. Biz bunu yüksək qiymətləndiririk. Gürcüstanda elə güclər var ki, Azərbaycan kimi strateji ölkədən imtina edib, Rusiya tərəfə keçmək istəyir. Lakin Rusiyanın “Qazprom” şirkəti heç vaxt Gürcüstana qayıtmayacaq”.

Qeyd edək ki, artıq Gürcüstan və Azərbaycan arasında qaz təchizatına dair razılaşma əldə olunub və Azərbaycandan Gürcüstana əlavə 500 mln. kub/metr həcmdə əlavə təbii qaz verilməsi haqqında razılaşma imzalanıb.

Gürcüstan həmçinin Rusiya ilə də tranzit haqqını təbii qazla ödəmək barədə razılaşıb.

2 4 3

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register