Tarixdə bu gün

Tarixdə bu gün 13.3.2016-cı il.
İngilis astronom Uilyam Herşel öz əli ilə düzəltdiyi teleskop vasitəsilə 1781-ci ilin 13 martında Günəş sisteminin yeddinci planetini Uranı kəşf etmişdir.
1869-cu ilin bu günü Rus kimyaçısı Dmitri Mendeleyev Dövrü sistemin tərtibini tamamlamışdır.
Çester Qrinvud 13 mart 1887-ci ildə qulaqcıqları patentləşdirmişdir.
13 mart 1930-cu ildə SSRİ-də Moskva İş Birjası bağlanmış, bununla da Sovet İttifaqı işsizliyi tam aradan qaldırmış ilk ölkə olmuşdur.
Amerikalı astronom Klod Tombo 1930-cu ilin bu günü Günəş sisteminin doqquzuncu planetini Plutonu kəşf etdiyini elan etmişdir.
Müəllif: Amil Mamedov
Amil Məmmədov2286 Posts
0 Comments