XONÇA verlişi Mövzu: torpaq çərşənbəsi

Min illəri haqlayan Novruz bayramı milli mənəviyyatımızın simvoluna çevrilmişdir.
Novruz elə bir bayramdır ki, insanlar onun müjdəsinə bir ay qalmış çıxır və bayram hazırlıqları görür. Novruz ərəfəsində qeyd olunan çərşənbələr isə bizi Novruza daha da yaxınlaşdırır. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb.
İlaxır çərşənbələrdən sonuncusu olan torpaq çərşənbəsi əvvəlki çərşənbələrə nisbətən öz xüsusiyyətlərinə və bayrama yaxın olduğuna görə daha təmtəraqlı şəkildə qeyd olunur. Xalq arasında axır çərşənbə “Yer çərşənbəsi”, “İlaxır çərşənbə” və ya “Torpaq çərşənbəsi” də adlandırılır. Axır çərşənbə Novruz çərşənbələri arasında ən dəyərlisi, qiymətlisidir. Qədim zamanlardan axır çərşənbə xalq arasında ən əziz günlərdən hesab edilib. Torpaq çərşənbəsində təbiət oyanır, torpaq nəfəs alır, hamı bayramı xoş ovqatla qarşırlamağa çalışır. Torpaq çərşənbəsi xalqı sanki əməyə səsləyən carçı rolunu oynayır. Belə ki, artıq təbiət oyandığı, torpaq canlandığı üçün əkin-biçin dövrü də başlanır. Yerlər şumlanır, toxumlar səpilir. Yazın gəlməsi ilə işgüzarlıq da özünü göstərir.
marneulifm1106 Posts
0 Comments