Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 19.3.2016-cı il.

Şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı David Livinqstоn 1813-cü ilin 19 martında düyaya gəlib.
19 mart 1866-ci ildə Osmanlı hökuməti, Süveyş Kanalının açılmasına icazə verdi.
Türkiyənin ilk idman klubu olan Beşiktaş klubu 1903-cü ilin bu günü yaradılmışdır.
Günəş Sistemi planetlərindən Plutonun ilk fotoşəkili 19 mart 1915-ci ildə çəkildi. Ancaq Plutonun yeni bir planet olduğu o tarixdə aydın ola bilmədi.
İctimai-siyasi xadim, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri olmuş Nəriman Nərimanov 1925-ci ilin 19 martında dünyasını dəyişmişdi.
1994-cü ilin bu günü Bakı metropoliteninin 20 yanvar metrostansiyasında terror aktı törədilmişdir. Saat 13:00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər həlak olmuş 49 nəfər yaralanmışdır.

Müəllif: Amil Mamedov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register