Bu ildə Candar kəndindəki çinar ağacı yüzlərlə insanı bir yerə topladı

22 mart tarixində Marneulinin Candar kəndində Novruz bayramının sonuncu günü hər il təntənəli şəkildə qeyd olunur. Gürcüstanın müxtəlif bölgələrindən, kəndlərdən əhali gələrək müqəddəs hesab olunan Çinar ağacının ətrafına toplaşar və bayram qeyd edərlər. Niyyət edənlər şam yandırar, nəzir verər, qurban kəsərlər.

Səhər saatlarından başlayan şənlik günorta saatlarına qədər əhalinin rəqsi ilə davam edir. Artıq illərdir ki, Çinar ağacının ətrafı yüzlərlər insanı bir yerə toplayır. Uzun zamandır görüşməyən qohum-əqrəba da çox vaxt Çinarda qarşılaşıb görüşürlər. Bu il də istisna deyildi.

22 mart tarixi Çinara gələnlər üçün Novruz bayramının sonuncu günüdür.

12596624_1092222220828171_1729716391_o12899424_1092220920828301_1835695188_o12596624_1092222220828171_1729716391_o12874236_1092220734161653_1878080765_o12899491_1092220640828329_1816764784_o12873568_1092221117494948_1037350837_o12873627_1092220497495010_1780426148_o12874070_1092220570828336_575152835_o

Müəllif: Aynurə Əliyeva

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register