Gürcüstan Prezidenti hamilə qızı avtomobil qəzası nəticəsində çevrilmiş maşından çıxartdı

Gürcüstan Prezidenti Qiorqi Marqvelaşvili hamilə qızı avtomobil qəzası nəticəsində çevrilmiş maşından çıxartdı.
“Bu gün dəhşətli bir yol qəzasının şahidi oldum. Arxası üstə uçmuş maşından hamilə qızın bayıra çıxmasıma Prezident kömək edirdi. Prezidentin eskortu o dəmdə ordan keçirdi… Prezident çalışırdı ki, onun yanğın söndürənindən də istifadə etsinlər… təhlükəni belə nəzərə almadan davranırdı, çünki toqquşma qaz yanacağı doldurma məntəqəsinin nasosu yanında baş verdi… Mən bu insanı bəyənirəm… bir insan kimi, bir Prezident kimi bəyənirəm,” – vətəndaş Qiqa Kitiya öz Feysbuk səhifəsində yazır.
Tərcümə edəni: Oqtay Kazımov
Şəlalə Əmircanova516 Posts
0 Comments