Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 22.3.2016-cı il.

1888-ci ilin 22 martında İngiltərədə dünya futbolunun ən köhnə futbol təşkilatı olan The Football League yaradılmışdı.
Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Əməkdar Artisti, və Xalq Artisti Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.
Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Komik rollar ustadı Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub.
Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur.
Misir, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Yəmən 1945-ci ilin bu günü Qahirədə Ərəb Birliyini qurdular.
Cənubi Koreya şirkəti olan Daewoo 22 mart 1967-ci ildə yaradılmışdı.

Müəllif: Amil Mamedov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register