Yormuğanlı məktəb şagirdləri artıq evdə təhsil almayacaqlar – yeni məktəb binası açıldı

Elm və Təhsil naziri Tamar Sanikidze məktəb binasını nəzərdən keçirib və pedaqoqları yeni məktəbin fəaliyyəti münasibəti ilə təbrik edib.
Etnik azlıqların kompakt yaşadığı Yormuğanlı kənd məktəbində 1200-dən çox şagird təhsil alır və onlar uzun illər ərzində ailələrdə təşkil olunmuş, standartlara və tədris prosesinə uyğun olmayan sinif otaqlarında təhsil alırmışlar. Bir neçə kiraəylənmiş binalar isə bir-birindən kilometrlərlə aralıda yerləşirmiş. Yeni məktəb binasında isə xüsusi tədris ehtiyacı olan şagirdlər üçün də şərait yaradılıb, məktəb yeni ləvazimatlarla təchiz olunub, müasir istilik sistemi, kitabxana, kompüter otaq-kabinetləri var. Təhsil naziri şagirdlərə vəd verib ki, yeni tədris ilində onların müasir standartlara cavab verən idman zalları da olacaq. Yormuğanlı ictimai məktəbində iki bölmə fəaliyyət göstərir – gürcü və azərbaycan. azərbaycanlı şagirdlərin bir hissəsi gürcü bölməsində təhsil almağı seçirlər. Onlar öz ana dilləri ilə yanaşı dövlət dilini də öyrənirlər.
0 Comments