2015-ci ildə Marneuli munisipolitetində sosial layihələrə xərclənmiş məbləğlər

sosial

2015-ci ildə sosial layihələrə sərf olunmuş məbləğlər:

Özünüidarəetmə  sosial istiqamətdə 21 proqram həyata keçirib.

2015-ci ildə sosial proqramlar üçün ayrılıb: 1 084 800 lari

2014-cü ildə sosial proqramların həyata keçirilməsinə 618 000 lari dəyərində məbləğ sərf olunub

2015-ci ildə proqramların həyata keçirilməsinə 992 700 lari sərf olunub ki, keçən illə müqayisədə 274 300 lari çoxdur.

Xəstələrin sosial müdafiəsi istiqamətində:

2015-ci ildə 429 700 lari dəyərində məbləğ ayrılıb ki, bu da  keçən illə müqayisədə 54 100 lari dəyərində artıb.

2015-ci ildə munisipolitetində medikamentlərin əldə olunması üçün 734 vətəndaşa 331 614 lari dəyərində məbləğ köçürülüb.

Cari ildə əməliyyata yardım göstərmək proqramı ilə 95 nəfər vətəndaşa 25 995 lari dəyərində məbləğ köçürülüb.

Zəmanət məktubu əsasında 48 nəfər vətəndaşa əməliyyat üçün 29 898 lari dəyərində məbləğ köçürülüb.

36 vətəndaşa müalicə üçün yardım göstərildi.
2015-ci ildə ilk dəfə dialez xəstəliyi olan 85 nəfər vətəndaşın transport xərcləri maliyyələşdirildi, tam məbləğ: 14 080 lari.

Tələbələrə yardım:

2015-ci ildə – 64 tələbəyə maliyyə dəstəyi göstərildi.

2014-cü ildə – 20 tələbəyə maliyyə dəstəyi göstərildi

Fiziki imkanları məhdud olan 9  nəfərə əlil arabası verildi

70 nəfər vətəndaş üçün medikamentlərin alınmasına 32 574 lari dəyərində məbləğ sərf edildi.

841 nəfərə birdəfəlik maddi yardım göstərilib. Bunun üçün 132 370 lari sərf olunub.

Yeni ildə  məcburi köçkün ailələrinə birdəfəlik maddi yardım olaraq 100 lari məbləğ verilib. Munisipolitetdə bu kateqoriyada 457 ailə var.

Minimal ərzaq proqramından 72 nəfər istifadə edir.

21 nəfər məcburi köçkün olan vətəndaşa körpəsinin doğulmasına görə yardım göstərildi.
36 çoxuşaqlı ailəyə birdəfəlik yardım olaraq 200 alri dəyərində məbləğ verilib.

Müharibədə həlak olanların ailələrinə yardım üçün 23 400 lari dəyərində məbləğ xərclənib.

Marneuli munisipolitetinin ərazisində baş verən təbii fəlakətdən zərər çəkən 19 ailəyə 17250 lari dəyərində məbləğ verilib.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register