Kürtlər kəndində oğurluq hadisəsi baş verib

24 mart tarixində gecə saat 2 radələrində Marneuli rayonun Kürtlər kəndində mal-qara oğurluğu baş verib.
Adının açıqlanmasını istəməyən zərər çəkən kənd sakini 2 baş inək və 2 baş danasının oğurlandığnı bildirir. Hadisə yerinə polis çağırılıb. Gecədən başlayan axtarış öz nəticəsini verməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, indiyə kimi oxşar oğurluq hadisələri qonşu kəndlərdə də baş verib. Axtarışlar öz nəticəsini verməmişdir.
Müəllif: Amil Mamedov
Amil Məmmədov2286 Posts
0 Comments