Liberti bankın bankomatlarında saxta 20 lariliklər

??????????????????????????????????????????????????????????

Liberti bankın bankomatlarında saxta 20 lariliklər – patrul polisi bankomatlarda saxta əsginasların tapılması faktını təsdiqləyir. Bankdan isə bu haqda müsahibə vermirlər.

Bir nəfər vətəndaş taksi sürücüsünün gözu qarşısında Liberti Bankın bankomatından pul çıxararaq ona verib və sürücü əsginasın saxta olduğunu aşkarlayaraq patrul polisinə müraciət edib. Patrul polisi əməkdaşlarının sözlərinə görə belə hallar artıq bir neçə dəfə baş verib və zərərçəkənlər onlara müraciət ediblər. Polis 20 lariliyi ekspertizaya göndərib. Analiz göstərib ki, bankomat həqiqətən də saxta imiş.

Bankda deyirlər ki, daxil olan pulu təhlükəsizlik xidməti yoxlayır. Ancaq yoxlayış hansı mexanizmlə baş verir və saxta əsginasların bankomatda olması nə dərəcədə mümkündür bu haqda ətraflı cavabları yoxdur.

Mənbə: Rustavi2

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register