GIPA: İctimaiyyət Gürcüstan hökumətinin “Qazprom” la danışıqlarından narahatdır

   Gürcüstan ictimaiyyəti yerli hökumətin Rusiyanın “Qazprom” şirkəti ilə apardığı danışıqlardan narahatdır.

Bu barədə Gürcüstanın ictimai elmlər institutunun (GIPA) beynəlxalq əlaqələr üzrə eksperti, professor Tornike Şaraşenidze Tbilisidə keçirilən ictimai dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, ictimaiyyət danışıqların qeyri-şəffaflığından narahatdır. “Hələ də məlum deyil ki, tərəflər hansı məsələləri müzakirə edir”, – deyə o qeyd edib.

Ekspert bildirib ki, narahat olmağa səbəb var: “2005-ci ildə “Qazprom” Gürcüstan üçün qiymətləri artırdı. 2006-cı ilin əvvəlində isə Şimali Qafqazda qaz kəməri partladıldı. Söhbət Rusiyadan Gürcüstana qaz nəql edən kəmərdən gedir. Həmin kəmərin təmiri sona qədər aparılmadı. Bu, ona səbəb oldu ki, Gürcüstan Azərbaycan-Türkiyə enerji dəhlizinə qoşuldu”.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register