Cəbhədə atışma: 3 Azərbaycan hərbçisi həlak olub

nagorno-karabakh

nagorno-karabakh

BBC-nin verdiyi məlumta görə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, “Ermənistanın işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib”.

Nazirlik bildirir ki, zərbə nəticəsində Emənistanın “çoxlu sayda hərbi qulluqçusu – polkovnik və general rütbəli zabitləri” həlak olub.

Bununla bağlı Ermənistan tərəfi heç bir şərh bildirməyib.

Bazar günü gecə saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub, Azərbaycan Müdafiə Nazirliyi xəbər verir.

Məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.

Nazirliyin məlumatına görə, Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə “cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində Azərbaycan mövqelərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.”

Bundan başqa Azərbaycan Müdafiə Nazirliyi Ermənistan informasiya vasitələrinin gecə yarısından erməni hərbi bölmələrinin “Qarabağ cəbhəsində ciddi uğurlar əldə edərək yeni hüdudlara” çıxdıqları ilə bağlı məlumatlarını təkzib edib.

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında “qızğın döyüşlər” başlayıb.

Aprelin 3-də Azərbaycan tərəfi “atəşkəs elan etdiyini” bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.

Məmbə: http://www.bbc.com/azeri/azerbaijan/2016/04/160404_border_tensions

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register