Qarabağda müharibə başlayan halda Gürcüstan necə hərəkət edəcək

sergi

Ekspertlər Qarabağda baş verənlər haqqında

Gürcüstanın İslahatlar Assosiasiyasının (GRASS) həmtəsisçisi, ekspert Sergi Kapanadze özünün “Facebook” səhifəsində Qarabağdakı son hadisələri şərh edib.

Kapanadze hesab edir ki, Qarabağda geniş miqyaslı hərbi əməliyyatların baş verdiyi halda Gürcüstan bu proseslərdən kənarda qala bilməyəcək.

“Qarabağdakı vəziyyət ciddi şəkildə gərginləşib. Geniş miqyaslı hərbi əməliyyatların başlaması ehtimalı var. Müharibə baş verərsə, unutmaq lazım deyil ki, Gürcüstan aşağıdakı məsələlər üzrə qərar qəbul etməli olacaq:

– Biz Ermənistana kömək üçün öz ərazimizdən Rusiya aviasiyasını buraxacağıqmı?

– Biz Azərbaycan tərəfinə türk ordusunu və ya hər hansı digər kömək buraxacağıqmı?

– Biz Gümridəki hərbi bazanın möhkəmləndirilməsi üçün Rusiya konvoyunu buraxacağıqmı?

– Əgər buraxsaq, onda bu hansı rəsmi və ya qeyri-rəsmi razılaşmalar əsasında olacaq?

– Hərbi və ya digər yükün alınması üçün öz limanlarımızı erməni və ya Azərbaycan tərəfləri üçün açacağıqmı?

– Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələr üzrə mövqeyimiz necə olacaq?

– Qaçqınları qəbul edəcəyikmi və hansı şəkildə? Hansı sayda?

– Bizim vasitəçilik prosesində hərəkətlərimiz necə olacaq? Kimin tərəfini tutacağıq? Belə bir vəziyyətdə istənilən mövqe və ya onun olmaması müəyyən mövqenin olmasına bərabərdir.

– Rusiyanın Cavaxetidə əməliyyatlarının fəallaşdığı halda bizim addımlarımız necə olacaq?

– Humanitar yardım göstərəcəyikmi? Bizdə bu məqsəd üçün nə qədər vəsait ayrılıb?

– Ərazimizi müxtəlif müşahidəçi missiyalarına və münaqişəyə müdaxilə etməkdə maraqlı olan digər missiyalara verəcəyikmi?

– Yüksək səviyyədə səfərlər həyata keçirəcəyikmi və konkret olaraq hara? Və hansı ardıcıllıqla?

Allah eləməsin ki, Qarabağda geniş miqyaslı müharibə başlasın. Bu müharibədə kimin udacağını bilmirəm, amma çox güman ki, Gürcüstan uduzacaq”, – Kapanadze yazır.

Məmbə: http://jam-news.net/Publication/Get/az-Latn-AZ/1616

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register