“Məsləhətçi Şurası” yaradılsa da aktiv fazaya yeni daxil olur” – Merab Topçişvili
2015 ci ilin 22 iyul tarixində Gürcüstan orqanik qanununda “yerli özünüidarəetmə məcəlləsinə” daxil edilmiş dəyişikliklərə əsasən qanuna yeni tənzimləmələr əlavə olundu. Vətəndaşların munisipolitetin orqan işlərinə qoşulması imkanları artdı. Dəyişiklik 4 avqust tarixindən qüvvəyə mindi. Dəyişikliklərə qədər ümumiyyətlə nəzərə alınmamış yeniliklərdən biri də məsləhətçi şurasının olmasıdır. Məsləhətçi şurası icra başçısının məsləhətləşəcəyi orqandır. Qanuna əsasən munispolitetlər qanunun qüvvəyə minməsindən 2 ay sonra, öz normativ aktlarını yeni qanuna uyğunlaşdırmalı idilər. Marneuli munisipoliteti də dəyişikliklərə əsasən 6 noyabr 2015-ci il tarixində məsləhətçi şurasına dair qərar qəbul edib. Bu haqda icra başçısı Merab Topçişvili danışdı.
0 Comments