Qardabaninin Nəzərli kəndində etiraz aksiyası keçirilib

Aksiya

GürcüstanınQardabani rayonunun Nəzərli kəndində etiraz aksiyası keçirilib.

Kəndin mərkəzinə toplaşan sakinlər bildiriblər ki, kənd ərazisindəki 110 hektarlıq otlaq sahəsinin 17 hektarı 2012-ci ildə Gürcüstanınİqtisadiyyat Nazirliyi tərəfindən qeyri-qanuni olaraq hərrac yolu ilə satılıb. Sakinlər qalan otlaq sahəsinin 1800 təsərrüfatın ehtiyacını ödəmədiyini deyiblər. Bildirilib ki, kənd sakinləri əsasən, heyvandarlıqla məşğuldur. Aksiya iştirakçıları problemin həlli üçün Gürcüstan parlamentinə və prokurorluğuna müraciət ediblər.

Qardabani rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Tamar Dzaqaniya bildirib ki, kənd sakinlərinin etirazı haqlıdır və onlara məxsus torpaqlar keçmiş hakimiyyətin vaxtında kimlərəsə hərrac yolu ilə satılıb. O, məsələnin araşdırılacağını və Nəzərli sakinlərinə cavab veriləcəyini əlavə edib.

Mənbə: az.apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register