Tarixdə bu gün

   Tarixdə bu gün 4.4.2016-cı il.

1581-ci ilin 4 aprelində Francis Drake  dünya səyahətini tamamlamışdı və I Elizabeth tərəfindən cəngavər ödülü verilmişdi.

Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart 1814-cü ilin 4 aprelində ilk dəfə taxtından əl çəkdi.

4 aprel 1905-ci ildə Hindistanda zəzələ baş vermişdir. Zəzələ nəticəsində 20 min insan dünyasını dəyişmişdir.

Alman maşın mühəndisi və motor dizayneri Karl Benz 1929 cu ilin 4 apreliondə dünyasını dəyişmişdir.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 4 aprel 1949-cu ildə qurulmuş hərbi bir ittifaqdır. Təşkilat Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı və NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya və Baltik ölkələri tərkibinə üzv olub. Hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 28 ölkə daxildir.

ABŞ-da 11 sentyabr 2001-ci ilidə baş verən teror nəticəsində dağıdılan Dünya Ticarət Mərkəzinin açlışı 1973-cü ilin olmuşdur. Bünövrəsi 1966-cı ildə qoyulan, inşaasına 1966-cı ildə başlanılan və 37 milyon dolara başa gələn binanın memarı Minuori Yamasaki olmuşdu.

Microsoft dünyada ən böyük iki transmilli şirkətlərdən biridi. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. 1975-ci ilin bu günü Microsoft şirkətini Bill Gates və Paul Allen tərəfindən qurulmuşdu.

Müəllif: Amim Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register