Tarixdə bu gün

   Tarixdə bu gün 6.4.2016-cı il.

İstanbul dünyada iki qitədə yerləşən və Roma, Bizans və Osmanlı kimi üç böyük imperiyanın 2000 ildən artıq müddətdə paytaxtı olmuş şəhərdir. İstanbul Fatih Sultan Mehmet tərəfindən 1453-cü ilin 6 aprelində mühasirəyə almışdır və 1453-ci il may ayının 29-da Osmanlı ordusu tərəfindən Bizansdan alınaraq Osmanlının paytaxtı elan edilib. İstanbulun Topqapı Sarayında yazılıb: “Peyğəmbər, ruhun şad olsun, şəhər müsəlmanlarındır”.

İtalyan rəssam və memarı Rafael 1483-cü ilin 6 arelində anadan olmuşdu. Onun olümudə bu günə təsadüf edir. O, 1520-ci ilin 6 aprelində dünyasını dəyişmişdi.

Fransa imperatoru, bacarıqlı sərkərdə, Fransa inqilabi ordusunun generalı, Fransa Respublikasının birinci konsulu Napoleon Bonapart imeratorluğu buraxdıxdan sonra 1814-cü ilin 6 aprelində Elba adasına sürgün edilmişdir.

Olimpiya oyunları beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsidi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 6 aprel 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil.

Polşalı rəssam, asamblaj rəssamı, teatr rejissoru Tadeusz Kantor 1915-ci ilin bu günü anadan olub.

Anadolu Agentliyi rəsmi Türk xəbər agentliyidi. Türk Qurtuluş Döyüşü haqqındakı xəbərləri çatdırmaq məqsədiylə Mustafa Kamal Atatürk, Halide Edip Adıvar və Yunus Nadi 6 aprel 1920-ci ildə qurulmuşdur.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register