Tarixdə bu gün

Tarixdə bu gün 8.4.2016-cı il.

Görkəmli sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi Teymurləng 1336-ci ilin 8 aprelində Hoca-İlqar kəndi, müasir adı ilə Şaxrisabz, Özbəkistan anadan olub. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

1830-cu ilin 8 aprelində Avropa ölkələri, Osmanlı İmperyasından müstəqil Yunan dövlətini qəbulunu istədilər.

8 aprel 1899-cu ildə Marta Place elektrikli kürsüdə edam edilən ilk qadın oldu.

Seyhan Anbarı köhnə Adananın 15 km yuxarısında 850.000 ərazini və Adananın Seyhan çayının üzərində yerləşən su anbarıdı. 8 Aprel 1956-cı ildə istifadəyə verilmişdir. 974 gündə tamamlanmışdır. Xərci 25 milyon dollardır.

1960-cı ilin bu günü İstanbula on saat palçıq yağdı.

Ağdaban soyqırımı 1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrımdı. Ağdaban soyqırımında bütöv bir kəndin tamamilə yandırmış, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr vermiş və günahsız insanları  doğma yurdlarından didərgin salmışdılar.

SSRİ və Rusiya teatr və kino aktyoru Anatoli Ravikoviç  2012-ci ilin bu günü Sankt-Peterburq şəhərində 75 yaşında dünyasını dəyişmişdi.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register