Tarixdə bu gün

   Tarixdə bu gün 9.4.2016-cı il.

Fransız kinoaktyoru, fransız kinosunda “yeni dalğa”nın manifesti hesab olunan “Son nəfəsdə” filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanmış Jan-Pol Belmondo 9 aprel 1933-cü ildə anadan olub. İlk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlığa nail olmuş, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırmışdır. Ən yaxşı kişi roluna görə Sezar mükafatı laureatı , Fəxri Legion ordeninin komandorudur.

1945-ci ilin bu günü Türkiyə yerli lampa istehsalına başladı.

9 apreı 1957-ci ildə Süveyş Kanalı batıklardan təmizlənərək yenidən gəmilər üçün yenidən istifadəyə verildi.

İngiltərədə emal edilən ilk Concorde təyyarəsi ilk uçuşunu 1969-cu ilin bu günü reallaşdırdı.

1979-cu ilin bu günü Türkiyədə ilk dəfə olaraq bir xəstənin qulağına qığırdaq nəql edildi.

1991-ci inin 9 aprelində keçirlən xalq seçkilərində Gürcüstanda Sovet Birliyindən ayrılmağı qərara aldılar. Gürcüstan öz müstəqilliyini bərpasını elan etdi .

Aktyor, rejissor, Azәrbaycanın әmәkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib. Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olur.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register