BMT baş katibi Tiflisə səfər edəcək

pan

   BMT baş katibi  Pan Qi Mun 23-24 aprel tarixlərində Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Gürcüstan XİN-in mətbuat xidməti məlumat yayıb. 

“BMT baş katibi Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin dəvəti ilə 23-24 aprel tarixlərində Tiflisə səfər edəcək. Pan Qi Mun Tiflisdən Ermənistana, daha  Azərbaycana səfərini davam etdirəcək”, deyə məlumatda bildirilir.

Gürcüstan XİN-i  BMT baş katibinin 1994-cü ildən sonra ilk dəfə Tiflisə səfər edəcəyini bildirib. Səfər çərçivəsində ölkənin rəsmiləri ilə bir sıra görüşlər nəzərdə tutulub.

Qeyd edək ki, 1994-cü ilin noyabrın 1-də BMT baş katibi Butros Qali Tiflisə rəsmi səfər edib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register